Bakı-Ceyhan kəməri ilə neftin nəqli azalıb

Bakı-Ceyhan kəməri ilə neftin nəqli azalıb
# 12 fevral 2013 14:51 (UTC +04:00)

Bakı – APA-Economics. Bu ilin yanvar ayı ərzində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə 2 577,193 min ton Azərbaycan nefti nəql olunub. Bu barədə «APA-Economics»ə Dövlət Neft Şirkətindən bildirilib. Ötən ilin yanvar ayı ilə müqayisədə bu kəmərlə neftin nəqli 7,2% azalıb.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2013-cü il fevralın 1-ə qədər BTC-yə 208 029,007 min ton neft vurulub.

Bundan başqa, 2013-cü ilin yanvar ayında BTC kəməri ilə 196,447 min ton Türkmənistan nefti nəql olunub. Ötən ilin yanvarı ilə müqayisədə kəmərlə Türkmənistan neftinin nəqli 38,3% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR