BMT nümayəndəsi: “Azərbaycan multikulturalizm sahəsində böyük körpü rolunu oynayır”

BMT nümayəndəsi: “Azərbaycan multikulturalizm sahəsində böyük körpü rolunu oynayır”
# 19 may 2015 12:32 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Azərbaycan multikulturalizm sahəsində böyük körpü rolunu oynayır”.


APA-nın məlumatına görə, bunu Bakıda keçirilən III Mədəniyyətlərarası Dialoq Forumunun plenar iclasında BMT daimi koordinatoru və BMT İnkişaf Proqramının Azərbaycandakı daimi nümayəndəsi Antonius Brok deyib.

BMT nümayəndəsi bildirib ki, təmsil etdiyi təşkilat Azərbaycanın mədəniyyətlərarası inkişaf sahəsində fəaliyyətini dəstəkləyir. O qeyd edib ki, BMT ilə Azərbaycan arasında yeni əlaqələrin qurulmasını istəyir: “Hesab edirəm ki, Azərbaycanla multikulturalizm sahəsində yeni nailiyyətlər əldə edəcəyik. Azərbaycan və BMT hökumətlərarası, vətəndaş cəmiyyəti və digər sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu sahədə yeni nəticələr əldə edilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR