ABŞ Dövlət Departamenti Dağlıq Qarabağda keçiriləcək “parlament seçkiləri"ni qondarma hesab edir - EKSKLÜZİV

ABŞ Dövlət Departamenti Dağlıq Qarabağda keçiriləcək “parlament seçkiləri"ni qondarma hesab edir - <span style="color: red;">EKSKLÜZİV
# 11 mart 2015 15:59 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Dağlıq Qarabağda keçiriləcək qondarma “seçkilər” davam edən sülh danışıqlarının gedişinə təsir göstərmir.

Bu barədə separatçı Dağlıq Qarabağ rejimi tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində mayın 3-nə qondarma “parlament seçkiləri”nin təyin edilməsi ilə bağlı APA-nın sorğusuna cavabında ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən bildirilib.

Mətbuat xidmətindən qeyd ediblər ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağın müstəqilliyini tanımır: “Dağlıq Qarabağın hüquqi statusu beynəlxalq vasitəçiliyin mövzusu olaraq qalır. Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun həmsədri kimi davamlı və sülh yolu ilə həllə nail olmaq sahəsində tərəflərlə işləmək fikrinə sadiqdir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR