Səfirlik: Bako Saakyan Britaniya parlamentinə hökumət tərəfindən dəvət olunmayıb

Səfirlik: Bako Saakyan Britaniya parlamentinə hökumət tərəfindən dəvət olunmayıb
# 09 iyul 2015 12:49 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Bako Saakyan Britaniya parlamentinə hökumət tərəfindən dəvət olunmayıb”.

Bunu APA-ya Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Açıqlamada deyilir ki, B. Saakyan Böyük Britaniyaya müstəqil şəkildə səfər edib və Britaniya hökumətinin bu səfərdə heç bir rolu yoxdur: “Parlamentarlar kimi parlamentə dəvət edəcəklərinə özləri qərar verirlər. Böyük Britaniyanın mövqeyi dəyişməzdir. Biz qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR