Ceyms Uorlik Vaşinqtonda ermənilərin təşkil etdiyi dua mərasiminə qatılıb

Ceyms Uorlik Vaşinqtonda ermənilərin təşkil etdiyi dua mərasiminə qatılıb
# 08 may 2015 07:50 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtonda ermənilərin təşkil etdiyi “sülh və ədalət üçün dua” mərasiminə qatılıb. APA-nın məlumatına görə, bu barədə o, özünün “Twitter” səhifəsində yazıb.

“Kilsədə ermənilərin “sülh və ədalət üçün dua” mərasiminə qatılmaqdan şərəf duyuram”,- deyə C. Uorlik yazıb. O qeyd edib ki, mərasimə vitse-prezident Cozef Bayden, ABŞ-ın BMT-dəki səfiri Samanta Pouer və Ermənistan prezidenti Serj Sarkisyan da qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR