Ucarda baş verən zəncirvarı qəzada bacı və qardaş ölüb

Ucarda baş verən zəncirvarı qəzada bacı və qardaş ölüb
# 24 iyul 2014 12:11 (UTC +04:00)

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün saat 14 radələrində Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qazıqumlaq kəndindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini, 63 yaşlı Abdullayev Aslan İsa oğlunun idarə etdiyi 90- FF-450 dövlət nömrə nişanlı, “Mercedes” markalı minik maşını əvvəlcə “VAZ -2107” markalı avtomobili vurub, daha sonra sementlə yüklənmiş yük maşınına (TIR) çırpılıb. Nəticədə “Mercedes”in sürücüsü A .Abdullayev hadisə yerində dünyasını dəyişib. Onun maşında olan bacısı - 57 yaşlı Ağayeva Dürdanə İsa qızı isə ağır bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada ölüb. Faktla bağlı Baş Dövlət Yol Polisin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR