Boston marafonunda terror aktı törətməkdə şübhəli bilinən Cohar Tsarnayev istintaqa ifadə verməyə başlayıb

Boston marafonunda terror aktı törətməkdə şübhəli bilinən Cohar Tsarnayev istintaqa ifadə verməyə başlayıb
# 22 aprel 2013 07:19 (UTC +04:00)

APA-nın ABC telekanalına istinadən yaydığı məlumata görə, müstəntiqlər Tsarnayevə ilk növbədə əlbir olduğu şəxslər, digər mümkün terror aktları və işə salınmamış partlayıcı qurğular barədə suallar verirlər. Tsarnayev boynu qırıldığına görə danışa bilmir və o sualları yazılı cavablandırır.

Boston meri Tomas Menino isə bəyan edib ki, Tsarnayevin vəziyyəti o qədər ağırdır ki, onun istintaqa ifadə verməsi mümkün görünmür.

Qeyd edək ki, 19 yaşlı Cohar Tsarnayev aprelin 20-nə keçən gecə Boston yaxınlğındakı Uotertaun qəsəbəsində saxlanıb. Saxlanan zaman Tsarnayev boyun nahiyəsindən güllə yarası alıb. Onun böyük qardaşı Tamerlan Tsarnayev ötən cümə günü polislə atışmada aldığı güllə yaralarından xəstəxanada keçinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR