Baş prokuror Goranboyda vətəndaşları qəbul edəcək

Baş prokuror Goranboyda vətəndaşları qəbul edəcək
# 18 may 2015 09:40 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Baş prokuror Zakir Qaralov Goranboy rayonunda vətəndaşları qəbul edəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Z. Qaralov mayın 22-də saat 11:00-da Goranboy rayon prokurorluğunun inzibati binasında Gəncə şəhəri, Goranboy, Samux, Daşkəsən, Göygöl, Xocalı və Kəlbəcər rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Goranboy şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə şəhər və rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR