Gəncədə dava olub, iki qardaş xəsarət alıb

Gəncədə dava olub, iki qardaş xəsarət alıb
# 28 iyun 2016 16:34 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə iki qardaş dava zamanı müxtəlif bədən xəsarətləri alıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1982-ci il təvəllüdlü Zakir Verdiyev və onun qardaşı, 1984-cü il təvəllüdlü Mahir Verdiyev müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Onlara tibbi yardım göstərilib. Qardaşlar bildiriblər ki, onlar şəhərin Bağmanlar adlanan yaşayış massivində dava zamanı xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR