Avroqrup Yunanıstana növbəti yardım ayrılması barədə razılığa gəlib

Avroqrup Yunanıstana növbəti yardım ayrılması barədə razılığa gəlib
# 14 avqust 2015 22:16 (UTC +04:00)

Bakı-APA. Avroqrup Yunanıstana dair üçüncü yardım proqramını dəstəkləyib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avroqrupun növbədənkənar iclasından sonra qurumun rəhbəri Yerun Deysselblum bəyan edib.

“Biz son ziddiyyətləri aradan qaldıraraq müsbət nəticə əldə edə bildik. Danışıqlarda hökm sürən əlverişli ab-hava razılığa gəlməyə kömək etdi”, deyə Y. Deysselblum

Yeni proqram çərçivəsində ilk tranş Yunanıstana artıq avqustun 19-da köçürülə bilər. Avroqrup sədrinin bildirdiyinə görə, onun ümumi həcmi 86 milyard avro təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR