Bankların kreditləşməni dayandırması: səbəblər- TƏHLİL

Bankların kreditləşməni dayandırması: səbəblər- <span style="color: red;">TƏHLİL
# 10 aprel 2015 14:17 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bir neçə kommersiya bankı istehlak kreditləşməsini dayandırıb.

APA-Economics”in apardığı araşdırma zamanı məlum olub ki, istehlak kreditləşməsini dayandıran banklar bunlardır:

Bankın adı

1

Azərbaycan Sənaye Bankı

2

Azər-Türk Bank

3

Zaminbank

4

Bank BTB

5

Muğanbank

6

Günaybank

7

DekaBank

8

Bank of Azerbaijan

9

TuranBank

İstehlak kreditləşməsinin dayandırılmasını adıçəkilən banklar müxtəlif cür izah edir. Məsələn, “DekaBank”dan bildirilib ki, kreditləşmə təxminən 1 aylıq müddət dayandırılıb. Lazımi qərar yalnız bundan sonra veriləcək.

“Azər-Türk Bank”dan isə bildirilib ki, istehlak kreditləşməsi dayandırılsa da, avtomobil kreditləşməsi və “Həmkarım” (bank işçiləri üçün) məhsulu çərçivəsində kreditləşmə davam edir.

“Bank BTB”dən aldığımız məlumata görə, istehlak kreditləşməsi dayandırılıb və “bunun nə vaxta qədər davam edəcəyi məlum deyil”.

“TuranBank”ın “Binəqədi” filialından bildiriblər ki, istehlak kreditləşməsi Mərkəzi Bank məzənnə siyasətini dəyişən gündən, yəni fevralın 21-dən dayanıb.

Bankların mütləq əksəriyyətinin dollarla kredit verməsi isə heç kəsə sirr deyil. Öncə bu qəbildən olan bankların siyahısına nəzər salaq, daha sonra isə həmin bankların kreditləşmə zamanı niyə Azərbaycanın deyil, ABŞ-ın milli valyutasından istifadə etməsinin səbəblərinə toxunarıq. Beləliklə, dollarla kredit verən banklar bunlardır:

Bankların adı

1

AccessBank

2

AGBank

3

AmrahBank

4

AtaBank

5

AtraBank

6

Xalq Bank

7

United Credit Bank

8

Azərbaycan Kredit Bankı

9

RabitaBank

10

Bank Avrasiya

11

KredoBank

12

DemirBank

13

Unibank

14

Bank Technique

15

Bank of Baku

16

Parabank

17

Bank Respublika

İndi isə adları yuxarıda qeyd olunan bankların istehlak kreditləşməsini niyə ABŞ dolları ilə aparılmasının səbəblərinə toxunaq.

“AGBank”dan aldığımız məlumata görə, bankları bu addımı atmağa vadar edən dollarlaşmanın yüksək səviyyədə olmasıdır: “Hətta məzənnə siyasəti dəyişməzdən öncə əhali aktiv şəkildə depozitlərini dollarda saxlayırdı. Bu isə bankda dollarlaşma səviyyəsini kəskin artımına səbəb olub. Bundan başqa, böyük ehtimalla dolların məzənnəsi möhkəmlənməkdə davam edəcək”.

Analoji cavabı “AtraBank”dan aldıq. “AGBank”dakı həmkarlarından fərqli olaraq, “AtraBank”dan əlavə ediblər ki, yaranmış vəziyyətin nə vaxta qədər davam edəcəyi bilinmir.

“Azərbaycan Kredit Bank”ından isə bildiriblər ki, “dolların məzənnəsi qalxıb və bu qərarı biz verməmişik”.

“Bank Respublika”dan aldığımız məlumata görə, hal-hazırda kredit yalnız girov əsasında verilir. O da yalnız dollarla. Bununla yanaşı, müştəriyə manatla kredit yalnız manatla olan əmanət hesabı olduqda verilir.

“Nikoil Bank”dan isə bildiriblər ki, milli valyuta məzənnəsinin dəyişməsi nəticəsində bank “dollarla kredit alanlara maliyyə yardımı” aksiyasını həyata keçirir. Bu aksiya dollarla istehlak və biznes krediti götürən və götürdükləri kreditin ödəniş vaxtı 30 günü keçməyənlərə şamil edilir. Əgər müştəri yuxarı qeyd olunan tələblərə cavab verirsə, müştərinin müraciətindən sonra bank əlavə komissiya və digər ödənişlər olmadan onun qalan kreditinin müddətini 50%-ə qədər artırır ki, bu da öz növbəsində aylıq kredit ödənişinin azalmasına gətirib çıxarır. Bu mexanizm isə kredit üzrə aylıq ödənişin manat ekvivalentinin əvvəlki və aşağı səviyyədə saxlanmasına imkan verir.

Aksiyanın əvvəlindən bu minvalla ümumi dəyəri 12 mln. manatdan çox 1850 kredit restrukturizasiya olunub. İstehlak kreditlərini manatla götürən dövlət müəssisələrində çalışanlara gəlincə, onlara da kreditin müddətinin uzadılması imkanı təklif olunur.

Bununla yanaşı, manatla kreditləşməni dayandırmayan banklar da var. Məsələn, könlü manatla kredit istəyən “YapıKredi Azerbaijan”, “ExpressBank”, “Bank Standard”, “AFB Bank”a baş çəkə bilər.

Məsələyə dair Azərbaycan Mərkəzi Bankı da açıqlama verib. Bankdan “APA-Economics”ə verilən məlumata görə, banklara manatla kreditlərin verilməsinin qadağan edilməsi ilə bağlı tənzimləyici tərəfindən hər hansı bir göstəriş verilməyib.

Azərbaycanda fəaliyyət göstərən banklar qanunvericiliyə uyğun olaraq kreditlərin hansı valyutada verilməsini müəyyən etməkdə sərbəstdirlər.

Hazırda banklar həm manat, həm də xarici valyutada kreditləşməni davam etdirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR