BANM rektoru “Azərikimya”da təcrübə keçən tələbələrlə görüşüb

BANM rektoru “Azərikimya”da təcrübə keçən tələbələrlə görüşüb
# 18 iyul 2016 11:00 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov rəhbərlik etdiyi heyətlə birgə SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin müəssisələrində istehsalat təcrübəsi keçən tələbələrin fəaliyyəti və onlar üçün təcrübədə yaradılan şəraitlə yerindəcə tanış olmaq məqsədilə “Azerikimya” İB-nin Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen zavoduna səfər edib.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, Elmar Qasımov və rəhbərlik etdiyi nümayəndə heyəti ''Azərikimya'' İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayevlə görüşüb, Sumqayıtın dәnizkәnarı bulvarında aparılan abadlıq, quruculuq, tikinti və yaşıllaşdırma işləri ilə tanış olub.


Sonra rektor zavodun müxtəlif istehsalat sahələrini ekskursiya edərək istehsalat təcrübəsində olan tələbələrlə, onlara rəhbərlik və təlimat verən mütəxəssislərlə görüşüb, onlar arasında zavodda gedən iş prosesi və təcrübə haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ötən il Bakı Ali Neft Məktəbi ilə ''Azərikimya'' İB arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilədə ''Azərikimya'' İB-in mütəxəssisləri tərəfindən BANM-in tələbələrinə və əməkdaşlarına neft-kimya texnologiyalarının inkişafı ilə bağlı məruzələrin təqdim edilməsi, neft-qaz emalı, neft-kimya və idarəetmə texnologiyalarının inkişafı məsələlərinə həsr olunmuş birgə seminar və konfransların təşkil olunması, habelə İB-nin əməkdaşları tərəfindən mütəxəssis hazırlığı və elmi fəaliyyətlə bağlı hazırlanmış layihələrə ekspert rəylərinin verilməsi, tələbələrin kimya sənayesi və seçdikləri ixtisasların tətbiq olunduğu sahələr üzrə təcrübi biliklərinin artırılması, nəzəri biliklərin təcrübədə daha da zənginləşdirilməsi və s. məsələlər öz əksini tapıb.

Ötən il BANM-nin "Kimya mühəndisliyi” ixtisası üzrə 42 nəfər II və III kurs tələbəsi yay istehsalat təcrübəsi müddətində ''Azərikimya'' İB-in Etılen-polietilen zavodunun müxtəlif istehsalatlarında yay təcrübəsi keçmişdir. Bu il bu ali təhsil ocağından yay istehsalat təcrübəsinə gələnlərin sayı 62 nəfərdir ki, onlardan da 5-i burada təcrübələrini tamamladıqdan sonra Türkiyənin energetika sektorunda mühüm yer tutan "Petkim Petrokimya Holding A.Ş.”də təcrübələrini davam etdirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR