Gülər Əhmədovanın müdafiəsinə daha bir vəkil qoşulub

Gülər Əhmədovanın müdafiəsinə daha bir vəkil qoşulub
# 05 mart 2013 10:53 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə-APA. Həbsdə olan sabiq deputat Gülər Əhmədovanın müdafiəsinə daha bir vəkil qoşulub.

Bu barədə APA-ya vəkil Eldar Qədimi məlumat verib. O, qeyd edib ki, 1 saylı hüquq məsləhətxanasında vəkil işləyən Raqif Məmmədovla müqavilə bağlanılıb: “Müdafiə üçün köməyə ehtiyac olduğu üçün Raqif Məmmədovla da müqavilə bağlanılıb”.

Qeyd edək ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR