İndoneziya Dağlıq Qarabağ münaqişəsinə görə ölkədə Ermənistan səfirliyinin açılmasına icazə verməyib

İndoneziya Dağlıq Qarabağ münaqişəsinə görə ölkədə Ermənistan səfirliyinin açılmasına icazə verməyib
# 16 aprel 2013 15:42 (UTC +04:00)

Parlamentdən APA-ya verilən məlumata görə, görüşdə O. Əsədov bildirib ki, İndoneziya beynəlxalq təşkilatlarda daim Azərbaycanın mövqeyini dəstəkləyir və müdafiə edir, qarşılıqlı ticarət dövriyyəsi durmadan artır.

Spiker deyib ki, Azərbaycan Dillər Universitetində İndoneziya dili kafedrasının fəaliyyətə başlaması ölkəmizdə qarşılıqlı əməkdaşlığımıza xüsusi önəm verilməsinin bariz təzahürüdür. Sədr diqqətə çatdırıb ki, İndoneziyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə daim kömək göstərməsi və buna görə bu yaxınlarda Ermənistanın İndoneziyada səfirliyinin açılmasına razılıq verməməsi ölkəmizdə yüksək qiymətləndirilir. Marzuki Alie isə bildirib ki, İndoneziya həmişə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, sərhədlərin toxunulmazlığı prinsipinə hörmətlə yanaşır. Qonaq qeyd edib ki, İndoneziya Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in Minsk Qrupu çərçivəsində həllinə tərəfdardır. Qonaq bu münaqişə zamanı Xocalı əhalisinə qarşı aparılmış soyqırımını pislədiyini və bundan çox narahatlıq keçirdiyini bəyan edib.

Qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsindən danışan qonaq bunun üçün mövcud olan geniş imkanlardan istifadənin vacibliyindən danışıb. O qeyd edib ki, İndoneziyada investisiya yatırımı üçün münbit şərait mövcuddur. Sonra görüşdə parlamentlərarası işçi qrupların fəaliyyəti, iqtisadi, humanitar və digər sahələrə dair tərəfləri maraqlandıran məsələlər ətrafında söhbət aparılıb.

Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, sədr müavinləri Bahar Muradova və Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycan-İndoneziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Bəxtiyar Əliyev, Azərbaycanın İndoneziyadakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev, İndoneziyanın Azərbaycandakı səfiri Raden Prayono Atiyanto və digər rəsmi şəxslər iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR