İsveçrə parlamenti Ədliyyə Departamentinin rəhbərini ölkə prezidenti seçib

İsveçrə parlamenti Ədliyyə Departamentinin rəhbərini ölkə prezidenti seçib
# 04 dekabr 2014 08:22 (UTC +04:00)

Bakı – APA. İsveçrə parlamenti Simonetta Sommaruqanı 2015-ci il üçün prezident seçib.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, hazırda S. Sommaruqa ölkənin Ədliyyə Departamentinin rəhbəri vəzifəsində çalışır.

54 yaşlı S. Sommaruqa İsveçrə Sosial-Demokrat Partiyasının təmsilçisidir. İxtisasca pianoçu olan S. Sommaruqa siyasi karyerasına başlamadan öncə peşəkar musiqi fəaliyyəti ilə məşğul olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR