Arkadi Vardanyan: “Ermənistan hakimiyyəti öz xalqı ilə mübarizə üçün xarici gücləri cəlb etməyə çalışır”

Arkadi Vardanyan: “Ermənistan hakimiyyəti öz xalqı ilə mübarizə üçün xarici gücləri cəlb etməyə çalışır”
# 03 mart 2013 10:37 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. “Ermənistan hakimiyyəti öz xalqı ilə mübarizə üçün xarici gücləri cəlb etməyə çalışır”.

APA-nın “Regnum” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İrəvanda martın 2-də Raffi Ovannisyan tərəfdarlarının mitinqində erməni ictimai xadimi Arkadi Vardanyan bildirib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti saxtakarlıq üçün əvvəlcə beynəlxalq müşahidəçilərdən istifadə edib. İndi Kollektiv Təhlükəsizlik Müdafiə Təşkilatının qoşunlarını cəlb etməklə qüvvə metodlarını tətbiq etməyə çalışır: “Bu haqda general Şamanov bildirdi. Onlar SSRİ təcrübəsini xatırlamağa çalışırlar, amma sovet metodları burada keçməyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR