“Bank VTB (Azərbaycan)”ın rəhbəri Azərbaycanın məşhur yazıçısı Çingiz Abdullayevlə görüşüb

“Bank VTB (Azərbaycan)”ın rəhbəri Azərbaycanın məşhur yazıçısı Çingiz Abdullayevlə görüşüb
# 12 noyabr 2015 08:07 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Bank VTB (Azərbaycan)”ın baş ofisində Azərbaycanın xalq yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev ilə görüş keçirilib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, görüş zamanı “Bank VTB (Azərbaycan)”ın İdarə Heyətinin sədri Yuri Yakovlev və Çingiz Abdullayev Azərbaycan ədəbiyyatı, incəsənəti barədə fikirlərini paylaşıb, eləcə də mədəniyyət, incəsənət və idman sahəsində VTB qrupun həyata keçirdiyi sponsor layihələrini müzakirə edib.

Y.Yakovlevin sözlərinə görə, “Bank VTB” Rusiyada bir çox idman klublarını dəstəkləyir və bir sıra yığmalara sponsorluq edir: “VTB Rusiyanın mədəniyyət həyatında da fəal iştirak edir. VTB Bolşoy teatr və Tretyakov Qalereyasınn Qəyyumlar şuralarına daxildir, aparıcı bədii kollektivlərin tərəfdaşıdır”.

Görüşün yekununda yazıçıya rus və dünya ədəbiyyatı klassiklərinin unikal nəşrlər seriyası hədiyyə edilib. Bu kitablar Rusiya dövlət kitabxanası və VTB-nin “Dünya ədəbiyyatı klassikləri. Söz və Obraz” adlı birgə layihəsi çərçivəsində nəşr edilib.

Öz növbəsində Çingiz Abdullayev öz imzası ilə olan bir neçə kitabını Y.Yakovlevə hədiyyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR