Sabah Klublar Komitəsinin növbəti iclası keçiriləcək

Sabah Klublar Komitəsinin növbəti iclası keçiriləcək
# 12 fevral 2015 13:07 (UTC +04:00)

Bakı – APA. Sabah Klublar Komitəsinin növbəti iclası keçiriləcək. Apasport.az saytının məlumatına görə, “Hilton” otelinin “Onyx AB” zalında baş tutacaq iclas saat 15:00-da start götürəcək.

Toplantıya AFFA-nın baş katibi Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də qatılacaqlar. İclasda bir sıra məsələlər yenidən müzakirə olunacaq.

Qeyd edək ki, Klublar Komitəsinin sonuncu iclası fevralın 3-də baş tutmuşdu. Ramin Musayevdən fərqli, Elxan Məmmədov həmin iclasa da qatılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR