Azad Rəhimov Beynəlxalq Olimpiya Komitəsinin 127-ci sessiyasında iştirak edəcək

Azad Rəhimov Beynəlxalq Olimpiya Komitəsinin 127-ci sessiyasında iştirak edəcək
# 08 dekabr 2014 08:49 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova – APA. Gənclər və İdman naziri Azad Rəhimov Monakoda keçirilən Beynəlxalq Olimpiya Komitəsinin 127-ci sessiyasında iştirak etmək məqsədilə bu ölkəyə rəsmi səfərə yola düşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova APA-ya bildirib ki, sessiyada üç əsas - davamlılıq, etimad göstərmə və gənclər mövzularını əhatə edən Olimpiya 2020 Gündəliyinin təqdim olunması nəzərdə tutulur.

Sessiyada eyni zamanda gələcəkdə Olimpiya Oyunlarına ev sahibliyinə seçim prosesində, xüsusi ilə ev sahibliyi edəcək regionun sosial, ətraf mühit və uzun müddətli inkişaf planında mümkün yeni strategiyalar, Olimpiya Proqramı ilə bağlı prosedura müəyyən dəyişikliklər edilməsi mövzuları ətrafında müzakirələr gözlənilir.

Eyni zamanda 127-ci sessiyada Olimpiya dəyərlərinin və idmanın il boyu dünyada təbliği məqsədi ilə Olimpiya TV kanalının yaradılması və s. mövzular da diqqət mərkəzində olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR