Siyəzəndə 36 yaşlı kişi bıçaqlanıb

Siyəzəndə 36 yaşlı kişi bıçaqlanıb
# 11 iyul 2015 07:54 (UTC +04:00)

Siyəzən. Vəli Turan - APA. Siyəzən rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayon sakini 36 yaşlı Rauf Heydərov naməlum şəxs tərəfindən bıçaqlanıb. O, Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

R. Heydərova sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR