Şarm-əş-Şeyx hava limanının rəhbəri vəzifəsindən azad olunub

Şarm-əş-Şeyx hava limanının rəhbəri vəzifəsindən azad olunub
# 05 noyabr 2015 07:54 (UTC +04:00)

Bakı - APA. Misirin Şarm-əş-Şeyx hava limanının rəhbəri vəzifədən kənarlaşdırılıb.

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, Misirin hava limanlarına xidmət üzrə dövlət şirkətinin sədri Adel Mahqub bu dəyişikliyin aeroportda təhlükəsizliyin kifayət qədər təmin edilməməsi ilə bağlı yayılan söhbətlərlə bağlı olmadığını deyib.

Qeyd edək ki, noyabrın 4-də Böyük Britaniya aviaşirkətləri Şarm-əş-Şeyx aeroportundan uçuşları dayandırıblar. İrlandiya da bu aeroportla məlumat mübadiləsini dayandırıb.

Xatırladaq ki, Rusiyanın “Koqalımavia” aviaşirkətinə məxsus təyyarə oktyabrın 31-də Şarm-əş-Şeyxdən qaldıqdan 23 dəqiqə sonra qəzaya uğrayıb. Nəticədə 224 nəfərin hamısı ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR