Azərbaycan və İsveçrə alimləri Şamaxıda radon qazının miqdarı ilə bağlı araşdırma aparacaqlar

Azərbaycan və İsveçrə alimləri Şamaxıda radon qazının miqdarı ilə bağlı araşdırma aparacaqlar
# 29 aprel 2013 12:05 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. məqsədlə Cənubi İsveçrənin Tətbiqi Elmlər Universiteti və Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun əməkdaşları Şamaxıda radon qazının miqdarı ilə bağlı tədqiqatlar aparacaqlar. Geologiya İnstitutunun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, aprelin 30-da başlanacaq ekspedisiya işləri zamanı müxtəlif tikililərdə radonun qatılığı ölçüləcək. Radonun miqdarı normadan artıq olan ərazilərdə müəyyən tədbirlər tətbiq olunacaq. Ekspedisiyalarda KİV nümayəndələri də iştirak edə bilər.

Qeyd edək ki, radon Yer kürəsində geniş yayılıb. O, əsasən yerin dərinliklərindəki aktiv tektonik çatlar vasitəsi ilə yerin səthinə çıxır, döşəmələrdəki çatlar, kanalizasiya, su və qaz borularından isə tikililərə sızaraq orada toplanır. Bu qaz normadan çox olduqda uzun illər ərzində ağ ciyər xərçəngi törədə bilir və bu xəstəliyin səbəbləri arasında siqaretdən sonra ikinci yerdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR