Təhsil Nazirliyinin sektor müdiri: “Ötən il 573 azərbaycanlı tələbə xaricdə təhsil alıb”

Təhsil Nazirliyinin sektor müdiri:  “Ötən il 573 azərbaycanlı tələbə xaricdə təhsil alıb”
# 30 aprel 2015 10:18 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev-APA. “Ötən il 573 nəfər azərbaycanlı tələbə xaricdə təhsil alıb”.

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin sektor müdiri Həsən Həsənli deyib. H. Həsənli bildirib ki, “Azərbaycan gələcəyə baxış 2020” konsepsiyasına uyğun olaraq, ölkədə tələbatın çox olduğu sahələr üzrə tələbələrin xaricdə təhsil alması üçün yeni dövlət proqramı hazırlanıb: “Dövlət proqramı ilə bağlı layihə Nazirlər Kabinetinə təqdim olunub. Proqram 2016-2020-ci illəri əhatə edəcək. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR