İki azərbaycanlı IV Dünya Türk Forumu çərçivəsində mükafata layiq görülüb - FOTO

İki azərbaycanlı IV Dünya Türk Forumu çərçivəsində mükafata layiq görülüb - <span style="color: red;">FOTO
# 25 aprel 2015 09:47 (UTC +04:00)

Bakı-APA. Türk Asiya Strateji Araşdırmalar Mərkəzi (TASAM) tərəfindən təşkil edilən IV Dünya Türk Forumu çərçivəsində “Qızıl alma” ("Kızıl elma") mükafatının təqdimatı baş tutub.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, doqquz nominasiya üzrə ikinci dəfə təqdim edilən mükafatın "sənət" kateqoriyası üzrə laureatları Azərbaycandan müğənni Azərin və Qazaxıstandan musiqiçi, bəstəkar, qopuz ifaçısı Arslanbek Sultanbekov olub. Onlar türk dünyasının mədəniyyətinə verdiyi töhfələrə görə bu mükafata layiq görülüblər.

Mükafatın elm kateqoriyası üzrə isə yenə Azərbaycandan Bakı Dövlət Universitetinin "Türk xalqları ədəbiyyatı" kafedrasının müdiri Ramiz Əsgər layiq görülüb. Bu nominasiya üzrə eyni vaxtda daha beş nəfər - Qazaxıstandan Temirxan Tebegenov, Qırğızıstandan Gülzara Cumakunova, Özbəkistandan Zöhrəddin İsaməddinov, Türkmənistandan Berdi Sarıyev görkəmli qırğız mütəfəkkiri Toktoqulun "Şeirə, nəğməyə çevrilən ömür" kitabının Azərbaycan, qazax, türk, özbək, türkmən dillərinə tərcümə etdikləri üçün layiq görülüblər.

Xatırladaq ki, “Qızıl alma” mükafatı 2013-cü ildə İstanbulda keçirilən II Dünya Türk Forumunda TASAM tərəfindən təsis edilib. Mükafat türk dünyasının iqtisadiyyat, mədəniyyət, incəsənət, elm, texnologiya, diplomatiya və digər sahələrinə töhfə verən şəxslərə təqdim edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR