Azərbaycan millisi Bişkekə yollanır

Azərbaycan millisi Bişkekə yollanır
# 05 mart 2015 12:26 (UTC +04:00)

Bakı – APA. Kişi basketbolçulardan ibarət Azərbaycan yığması Qırğızıstanın Bişkek şəhərində keçiriləcək ənənəvi “Novruz” turnirində iştirak edəcək. Bu barədə məlumatı apasport.az saytına millimizin baş məşqçisi Elxan Əliyev verib.


Onun sözlərinə görə, 4 dəfə qalibi olduqları yarışa bu dəfə də qatılacaqlar. Komandamız səfərə martın 15-də yollanacaq və 1 gün sonra yarışa start veriləcək. Turnirin qalibi martın 24-də bilinəcək.

Əliyev bildirib ki, artıq bu məqsədlə Gürcüstanda təlim-məşq toplanışında olublar və yığma yaxşı vəziyyətdədi: “Gürcüstanda yoxlama matçlarında gücümüzü də yoxladıq. Yüksək dəstənin 3, I dəstənin 2 klubu ilə qarşılaşdıq. 5 görüşün hamısından qalib ayrıldıq. Çalışacağıq ki, Bişkekdə titulumuzu qoruyaq”.

Baş məşqçinin sözlərinə görə, bu dəfə yarış daha güclü olacaq. Qazaxıstan, Qırğızıstan güclü heyətlə yarışa qatılacaq. Həmçinin, Ukrayna, Rusiya və ABŞ basketbolçuları da Bişkekə gələcəklər.

Qeyd edək ki, səfərə legionerlərimizi aparmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR