Zaqatalada üç uşaq bağçası istifadəyə verilib

Zaqatalada üç uşaq bağçası istifadəyə verilib
# 02 sentyabr 2014 18:58 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu münasibətlə təşkil edilən açılış mərasimlərində Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və bağça kollektivləri iştirak edib.


İlk öncə Aydın Əhmədov adına şəhər 6 saylı körpələr ev i- uşaq bağçasının açılış mərasimi olub. İki mərtəbəli olan körpələr evi - uşaq bağçası 95 yerlik və 5 qrupdan ibarətdir.
Daha sonra Zaqatalanın ən ucqar yaşayış məskənlərindən biri olan Lahıc kəndində dövlət vəsaiti hesabına ikimərtəbəli, 35 yerlik, Danaçı kəndində isə ikimərtəbəli 40 yerlik, 2 qruplu körpələr evi - uşaq bağçası tikilərək istifadəyə verilib.


Hər üç uşaq bağçası müasir avadanlıq və invertallarla təchiz edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR