Azərbaycanın Çindəki səfirliyinin binasının inşası üçün torpaq sahəsindən istifadəyə dair əlavə protokol təsdiqlənib

Azərbaycanın Çindəki səfirliyinin binasının inşası üçün torpaq sahəsindən istifadəyə dair əlavə protokol təsdiqlənib
# 10 avqust 2015 16:14 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan hökuməti ilə Çin Xalq Respublikası hökuməti arasında Azərbaycanın Çindəki səfirliyinin binasının inşası üçün torpaq sahəsindən istifadə haqqında sazişə əlavə protokolun təsdiq edilməsi barədə sərəncam imzalayıb.

APA-nın məlumatına görə,Azərbaycan Xarici İşlər Nazirliyinə əlavə protokolun müddəalarının həyata keçirilməsini təmin etmək, habelə protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin hökumətinə bildiriş göndərmək tapşırılıb.

Qeyd edək ki, müvafiq protokol 2015-ci il fevralın 16-da Pekin şəhərində imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR