Prezident İlham Əliyev Cüdo Federasiyasının və Beynəlxalq Avtomobil Federasiyasının prezidentlərini qəbul edib

Prezident İlham Əliyev Cüdo Federasiyasının və Beynəlxalq Avtomobil Federasiyasının prezidentlərini qəbul edib
# 03 may 2013 13:14 (UTC +04:00)

Bakı - APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Cüdo Federasiyasının prezidenti Marius Vizeri və Beynəlxalq Avtomobil Federasiyasının prezidenti, “Formula 1”də Ferrari komandasının baş idman direktoru Jan Todu qəbul edib.

APA-nın xəbərinə görə, görüşdə Azərbaycanda idmana göstərilən yüksək dövlət qayğısından danışılıb, idmanın bütün sahələrinin inkişafı üçün yaradılan infrastruktur layihələrinin önəmi qeyd olunub, ölkəmizdə avtomobil idmanı növlərinin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, Azərbaycandakı müvafiq qurumlarla Beynəlxalq Avtomobil Federasiyası arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı Cüdo Federasiyasının prezidenti Marius Vizerin və Beynəlxalq Avtomobil Federasiyasının prezidenti, “Formula 1”də Ferrari komandasının baş idman direktoru Jan Todun Azərbaycana səfərinin bu təşkilatlarla ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR