Türkiyə parlamentinin Xarici əlaqələr komissiyası Azərbaycanla imzalanmış iki sənədi təsdiqləyib

Türkiyə parlamentinin Xarici əlaqələr komissiyası Azərbaycanla imzalanmış iki sənədi təsdiqləyib
# 28 mart 2013 11:21 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komissiyası Azərbaycanla imzalanmış iki sənədi təsdiqləyib. APA-nın TBMM-in saytına istinadən verdiyi məlumata görə, komissiyanın iclasında Türkiyə, Azərbaycan və Gürcüstan hökumətləri arasında icra ediləcək “Qafqaz Qartalı” xüsusi təyinatlı təlimi üçün ev sahibi ölkə dəstəyi ilə bağlı Anlaşma Memorandumu, eləcə də Azərbaycan və Türkiyə arasında axtarış xilasetmə xidmətlərinin koordinasiyasına dair sazişin təsdiqinə dair qanun layihəsi müzakirə olunaraq qəbul edilib.

Xüsusi təyinatlı kiçik bölmələrin iştirakı ilə təşkil olunacaq “Qafqaz Qartalı” təlimində məqsəd üç qonşu ölkənin müvafiq qüvvələri arasında əməkdaşlıq və birgə əməliyyatlar həyata keçirmək, məlumat və təcrübə mübadiləsidir. Memorandumda ev sahibi ölkə tərəfindən təmin ediləcək xidmətlər, onların reallaşdırılması, ümumi prosedurlar, manevrlər zamanı ev sahibi ölkənin qüvvə göndərən ölkəyə təmin edəcəyi dəstəyin növü, səviyyəsi, standart və metodları əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR