SOCAR ötən ay qazma işlərini azaldıb

SOCAR ötən ay qazma işlərini azaldıb
# 09 iyun 2015 10:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin may ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 10 775 metr qazma işi həyata keçirib.

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, bu, ötən ilin may ayı ilə müqayisədə 4 860 metr və 31% azdır.

Ümumiyyətlə, bu ilin yanvar-may aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 43 918 metr qazma işi görülüb ki, bu da 2014-cü ilin beş ayı ilə müqayisədə 18 304 metr və ya 29,4% azdır. Bunun da 42918 metri istismara, 1000 metri isə kəşfiyyata aid olub.

Qeyd edək ki, ilin əvvəlindən qazmadan alınmış 28 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR