Mikayıl Mirzənin qardaşı oğlunu qətlə yetirən şəxs tutulub - VİDEO

Mikayıl Mirzənin qardaşı oğlunu qətlə yetirən şəxs tutulub - <span style="color: red;">VİDEO
# 31 mart 2015 07:13 (UTC +04:00)

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, martın 28-də Ağsu rayonunda 2 nəfəri qətlə yetirməkdə şübhəli bilinən Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş Ramiz Ələkbərov martın 30-da axşam saatlarında rayon Polis Şöbəsinə gələrək könüllü olaraq təslim olub və törətdiyi cinayət əməllərini etiraf edib.

E. Sultanov həmçinin bildirib ki, Ramiz Ələkbərov iş üzrə şübhəli şəxs qismində tutulub.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, Ağsuda “Lomka Ramiz” ləqəbi ilə tanınan və əvvəllər məhkum olunmuş Ramiz Ələkbərov rayonun Şakir Hacıyev küçəsində kirayədə yaşayıb. O, martın 28-də özünə məxsus avtomobili təmir etdirmək adı ilə maşın ustası, 1966-cı il təvəllüdlü Soltanov Sərxan Əsgər oğlunu kirayə yaşadığı evə dəvət edib. Ramiz Ələkbərov evinə çağırdığı Sərxan Soltanovu əvvəlcədən hazırladığı ov tüfəngi ilə güllələyərək qətlə yetirib.

R. Ələkbərov daha sonra həmin silahla Ağsu aşırımında fəaliyyət göstərən “Ata yurdu” restoranının qarşısında Xalq artisti, tanınmış aktyor Mikayıl Mirzənin qardaşı oğlu, sahibkar Mahir Mirzəyevi öldürərək hadisə yerindən qaçıb. R. Ələkbərov özünə məxsus “Renault” markalı avtomobillə Şamaxı rayonunadək gedib. O maşını Şamaxıda yolun kənarında saxlayaraq yoldan keçən başqa avtomobilə oturub və onunla Qobustan rayonunun Mərəzə qəsəbəsinə gedib. R.Ələkbərov orada həmin avtomobildən düşərək naməlum istiqamətə gedib. Onun “Renault” markalı minik avtomobilindən iki ədəd ov tüfəngi tapılıb. Respublikanın hüquq-mühafizə orqanlarının əməkdaşları Ramiz Ələkbərovun tutularaq istintaqa təhvil verilməsi üçün iki gün əməliyyat-axtarış tədbirlərini həyata keçiriblər.

R. Ələkbərov Ağsuda qətl törətdikdən sonra Şəki, Zaqatala, Yevlax və Kürdəmir rayonlarına da getdiyi və sonradan Ağsu rayon Polis Şöbəsinə gələrək təslim olduğu bildirilir.

R. Ələkbərovun hər iki şəxsi bir gündə öldürməsinin dəqiq səbəbi hələlik, məlum deyil.

Qeyd edək ki, martın 28-də saat 12.00 radələrində Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş Ramiz Ələkbərov “Ağsu aşırımı”nda yerləşən “Ata yurdu” kafesində aralarında yaranmış münaqişə zəminində ov tüfəngindən atəş açaraq yeməkxananın sahibi Mahir Mirzəliyevi qətlə yetirib və özünə məxsus avtomobillə ərazini tərk edib.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yeri və meyit müayinə olunub, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər aparılıb. R.Ələkbərovun yaşadığı mənzilə baxış keçirilərkən orada odlu silahla qətlə yetirilmiş meyit aşkar edilib və öldürülən şəxsin rayon sakini Sərxan Soltanov olduğu müəyyənləşdirilib.


Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə R.Ələkbərova məxsus “Renault” markalı avtomobil Bakı-Şamaxı şossesinin 119-cu kilometrliyində aşkar edilib və sözügedən nəqliyyat vasitəsindən lüləsi və qundağı kəsilmiş 2 ədəd ov tüfəngi götürülüb.


Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Ramiz Ələkbərovun yerinin müəyyən edilməsi və tutularaq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.


Xatırladaq ki, qətlə yetirilən M.Mirzəliyev Azərbaycanın xalq artisti, mərhum aktyor Mikayıl Mirzənin qardaşı oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR