Pentaqon: ABŞ Cənubi Koreyanı «nüvə çətiriylə» örtəcək

Pentaqon: ABŞ Cənubi Koreyanı «nüvə çətiriylə» örtəcək
# 28 mart 2013 01:57 (UTC +04:00)

Bakı-APA. Pentaqonun şefi Çak Heygellə Cənubi Koreyanın müdafiə naziri Kim Qvan Çjin arasında telefon danışığı olub. Pentaqonun mətbuat xidmətinin başçısı Corc Litlin məlumatına görə, söhbət zamanı Heygel həmkarına ABŞ-ın bundan sonra da Cənubi Koreyanı «nüvə çətiri» ilə örtəcəyini bildirib.

Litlin sözlərinə görə, Çak Heygel Vaşinqton-Seul alyansının xüsusən Koreya yarımadasında gərginliyin artdığı bu günlərdə sarsılmaz olduğunu bir daha vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR