Masazır qəsəbəsində iki piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb

Masazır qəsəbəsində iki piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb
# 23 aprel 2015 16:41 (UTC +04:00)

Bakı – APA. Abşeron rayonunun Masazır qəsəbəsində iki piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 22-də saat 23.00 radələrində Bakı şəhər sakini Zamin Məmişov idarə etdiyi QAZ-31105 markalı 90 AX 168 dövlət qeydiyyat nişanlı avtomobillə Masazır qəsəbəsində piyadalar - Təzəgül Abbasova və Təyyar Hüseynovu vuraraq hadisə yerindən qaçıb.

Bədən xəsarətləri alan T. Abbasova ilə T. Hüseynov Bakı şəhəri 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdiriliblər.

Faktla bağlı Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Z.Məmişov şübhəli şəxs qismində saxlanılıb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR