Səfir: “Azərbaycan Rumıniyanın strateji tərəfdaşıdır”

Səfir: “Azərbaycan Rumıniyanın strateji tərəfdaşıdır”
# 15 yanvar 2015 12:28 (UTC +04:00)

Rumıniyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbir rumıniyalı bəstəkar Corc Eneskunun Bakıdakı abidəsi önünə gül dəstələri qoymaqla başlayıb.

Sonra Rumıniya və Azərbaycanın birgə hazırladığı markanın təqdimatı keçirilib. Bu markalar ənənəvi milli incəsənət mövzusunda hazırlanıb və hər iki ölkənin dulusçuluq, xalça sənəti nümunələrinə həsr olunub.

Tədbirdə Rumıniyanın Azərbaycandakı səfirliyinin, Azərbaycan Xarici İşlər Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri, habelə şəhər ictimaiyyətinin, “Azərmarka” şirkətinin təmsilçiləri, jurnalistlər və Azərbaycandakı rumın icmasının üzvləri iştirak ediblər.

Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çebanu bildirib ki, Azərbaycan Rumıniyanın strateji tərəfdaşıdır. O qeyd edib ki, 1991-ci ildə Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olub və o zamandan bəri iki ölkə arasında siyasi və iqtisadi dialoq sürətlə inkişaf edir. Diplomatın sözlərinə görə, ölkəsi həmçinin Azərbaycanla NATO və Avropa İttifaqı arasında münasibətlərin inkişafına ən çox dəstək verən ölkələrdən biridir.

Səfir həmçinin bildirib ki, Rumıniya mədəniyyəti Azərbaycanda yüksək qiymətləndirilir.

Qeyd edək ki, mərasimdə həmçinin Rumıniyanın xalq şairi Mixay Emineskunun şerləri səsləndirilib. Bu gün onun 165 illiyi qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR