Azərbaycan prezidenti ABŞ-da yerləşən Etnik Anlaşma Fondunun sədrini qəbul edib - VİDEO

Azərbaycan prezidenti ABŞ-da yerləşən Etnik Anlaşma Fondunun sədrini qəbul edib - <span style="color: red;">VİDEO
# 18 may 2015 12:50 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev ABŞ-da yerləşən Etnik Anlaşma Fondunun sədri Rabbi Mark Şnayeri qəbul edib.

APA-nın məlumatına görə, R. Şnayer Azərbaycanda gedən ümumi inkişaf proseslərinin maraqla izlənildiyini, Bakıda gördüklərinin onda dərin təəssürat yaratdığını bildirib.

O, Azərbaycanla əməkdaşlığın genişləndirilməsində rəhbərlik etdiyi təşkilatın maraqlı olduğunu diqqətə çatdırıb.

Söhbət zamanı Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun dünyada multikulturalizm ənənələrinin yaşadılmasına mühüm töhfə olduğu bildirilib, onun mədəniyyətlərin bir-birinə daha da yaxınlaşması baxımından əhəmiyyəti vurğulanıb. Bu tədbirin keçirilməsi Azərbaycanın beynəlxalq əməkdaşlığın gücləndirilməsi işinə töhfəsi kimi qiymətləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR