Qafqaz Müsəlmanları İdarəsi məscidlərə qazdan istifadə ilə bağlı xəbərdarlıq edib

Qafqaz Müsəlmanları İdarəsi məscidlərə qazdan istifadə ilə bağlı xəbərdarlıq edib
# 23 oktyabr 2014 08:27 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məscidlərə qazdan istifadə ilə bağlı xəbərdarlıq edib.

APA-nın məlumatına görə, bu gün İdarədə Məhərrəm ayının gəlişi ilə bağlı keçirilən tədbirdə QMİ sədrinin müavini Hacı Salman Musayev ora yığışan axund və imamlara bununla bağlı xəbərdarlıq edib.

O bildirib ki, ölkə başçısının məlum qərarından sonra məscidlərə əvəzsiz verilən qaz limitinə ciddi nəzarət olunur: “Noyabrın 1-ə kimi hər kəs balansında olan limit ilə bağlı bizə məlumat versin. Biz də yuxarıya bildirməliyik. Kim limitdən artıq nə işlədibsə, haqqını ödəməli olacaq”.

Qeyd edək ki, Azərbaycan prezidentinin qərarı ilə ölkədəki məscidlərə və dini məbədlərə illik limitlə pulsuz qaz verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR