İranda 26 yaşlı qadın edam olunub

İranda 26 yaşlı qadın edam olunub
# 25 oktyabr 2014 15:16 (UTC +04:00)

Bakı - APA. İranda Kəşfiyyat Nazirliyinin keçmiş əməkdaşının qətlində şübhəli bilinən 26 yaşlı Reyhan Cabbari asılaraq edam olunub.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, R.Cabbari 2007-ci ildə həbs olunub. Onun adı Kəşfiyyat Nazirliyinin keçmiş əməkdaşının qətlində şübhəli şəxs qismində keçib.

Məlum olub ki, R.Cabbari nazirliyin keçmiş əməkdaşını ona qarşı cinsi təcavüz etmək istəyərkən qətlə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR