Sergey Lavrov: “Ağlımıza belə gətirmirik ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar qızğın fazaya keçəcək”

Sergey Lavrov: “Ağlımıza belə gətirmirik ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar qızğın fazaya keçəcək”
# 08 aprel 2015 11:21 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, mətbuata qapalı keçirilən görüşdən sonra birgə mətbuat konfransı keçirilib.

S. Lavrov görüşdə Dağlıq Qarabağ problemi ilə bağlı da müzakirələr aparıldığını açıqlayıb.

O, Rusiyanın ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin istisnasız olaraq sülh yolu ilə həll olunmasında səylərini bundan sonra da davam etdirəcəyini deyib.

Ermənistan XİN rəhbəri isə Rusiyanın münaqişənin həlli ilə bağlı böyük səylər göstərdiyini bildirib, buna görə təşəkkür edib.

O, həmçinin Ermənistan tərəfinin münaqişənin sülh yolu ilə həllində səylərini davam etdirdiyini açıqlayıb.

Rusiya XİN rəhbəri qeyd edib ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsinin qızğın fazaya keçməyəcəyinə ümid edir: “Biz ağlımıza belə gətirmirik ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar qızğın fazaya keçəcək. Rusiya həmsədr ölkə kimi münaqişənin həlli ilə bağlı səylərini bundan sonra da davam etdirəcək. Rusiyanın münaqişənin nizamlanması yönündə fəaliyyəti hər iki tərəfdən qəbul olunan həllin tapılmasına istiqamətlənib. Həmsədrlər regiona tez-tez səfərlər edirlər, prezidentlərlə görüşürlər. Biz əlimizdən gələni edirik ki, heç kimin maraqlı olmadığı bu münaqişə həllini tapsın”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR