Şəkidə 18 yaşlı qızı ilan sancıb

Şəkidə 18 yaşlı qızı ilan sancıb
# 28 iyul 2014 17:19 (UTC +04:00)

Şəki şəhər-rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, 1996-cı il təvəllüdlü, Bakı şəhər sakini Nigar Fəhmi qızı Sadıqzadə qohumları ilə Şəki şəhərinin yuxarı hissəsində dağlıq ərazidə istirahət edərkən onu ilan sancıb.

Nigar Sadıqzadə təcilli Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Şəki RMX-dan APA-ya verilən məlumata görə, ilan Nigar Sadıqzadənin sol ayağının topuq nahiyyəsindən sancıb. Nigar Sadıqzadəyə lazimi ilkin tibbi yardım göstərilib və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta-ağır hesab olunur. Məlumatda bildirilir ki, Nigar Sadıqzadə Şəki şəhərində yaşayan qohumlarına qonaq gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR