Azərbaycanın Ukraynadakı səfiri bu ölkənin baş nazirinin müavini ilə görüşüb

Azərbaycanın Ukraynadakı səfiri bu ölkənin baş nazirinin müavini ilə görüşüb
# 20 fevral 2013 15:35 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli bu ölkənin baş nazirinin müavini Aleksandr Vilkul ilə görüşüb.

APA-nın Ukrayna hökumətinin mətbuat xidmətinə istinadən xəbərinə görə, görüş zamanı tərəflər iki ölkə arasında əməkdaşlıq perspektivlərini, o cümlədən ticarət-iqtisadi və aerokosmik sahələrdə əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə ediblər.

A.Vilkul iki ölkə arasındakı mədəni əlaqələrin səviyyəsindən danışaraq, bu ilin dekabrında UNESCO komitəsində müzakirəyə çıxarılacaq Ukraynanın xalq dekorativ sənətinin – Petrikov naxış sənətinin Ümumdünya qeyri-maddi irs siyahısına salınmasında Azərbaycanın dəstəyinə ümid etdiklərini vurğulayıb.

Qeyd edək ki, bu il Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri və Ukrayna-Azərbaycan Prezidentləri Şurasının dördüncü iclasının keçirilməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR