Kanada İŞİD-lə mübarizə üçün Yaxın Şərq ölkələrinə 114 mln dollar ayırır

Kanada İŞİD-lə mübarizə üçün Yaxın Şərq ölkələrinə 114 mln dollar ayırır
# 03 may 2015 02:31 (UTC +04:00)

Bakı-APA. Kanada hökuməti İŞİD terror qruplaşması ilə mübarizə üçün İraq, Suriya, İordaniya və Livana 114 mln dollar ayıracaq. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İraqda səfərdə olan Kanadanın baş naziri Stiven Xarper bildirib.

Məlumata görə, Ərbil şəhərinə səfər etmiş Xarper burada kürd bölgəsinin rəhbəri Masud Bərzani və İraq hökumətinin rəhbəri Heydər əl Abadi ilə danışıqlar aparıb.

Qeyd edək ki, Kanada İraq və Suriyada İŞİD-ə qarşı əməliyyatlarda fəal iştirak edir. 70-dək kanadalı xüsusi təyinatlı İraq ordusuna təlim keçir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR