Taekvondoçu Radik İsayevə qızıl medalı prezident İlham Əliyev təqdim edib - VİDEO - FOTOSESSİYA

Taekvondoçu Radik İsayevə qızıl medalı prezident İlham Əliyev təqdim edib - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 19 iyun 2015 20:09 (UTC +04:00)

Bakı-APA. Bakı-2015 I Avropa Oyunlarında Azərbaycana 13-cü qızıl medalı taekvondoçumuz Radik İsayev qazandırıb. Apasport.az saytının məlumatına görə, +80 kq çəki dərəcəsində yarışan idmançımız həlledici görüşdə Rusiya təmsilçisi Vladislav Larinə qalib gəlib.

Nəticədə İsayev çempion olaraq, ilk Avropa Oyunlarının birincisi adına layiq görülüb.

Bu görüşü Azərbaycan Prezidenti İlham Əliyev və I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da tribunadan izləyib.

Fəxri kürsüyə qalxan İsayevə qızıl medalı ölkə başçısı İlham Əliyev təqdim edib.

Daha sonra himn sədaları altında dövlət bayrağımız dalğalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR