Elçin Hüseynbəyli “Ədəbiyyat qəzeti”nin baş redaktoru vəzifəsindən istefa verib

Elçin Hüseynbəyli “Ədəbiyyat qəzeti”nin baş redaktoru vəzifəsindən istefa verib
# 30 sentyabr 2014 10:54 (UTC +04:00)

APA-nın ayb.az saytına istinadən verdiyi məlumata görə, Elçin Hüseynbəyli öz istəyi ilə tutduğu vəzifədən azad edilib. Elçin Hüseynbəyli istefasını qəzetdə işlərin çoxluğu və yaradıcılıq işlərinə vaxtının az qalması ilə əlaqələndirib.

Qeyd edək ki, Elçin Hüseynbəyli AYB-nin son qurultayından sonra bu vəzifəyə təyin olunmuşdu. Həmin vaxtadək isə “Ulduz” jurnalına rəhbərlik edirdi. Onun istefasından sonra uzun illər qəzetdə baş redaktor müavini vəzifəsində çalışmış Azər Turan “Ədəbiyyat qəzeti”nə baş redaktor əvəzi təyin edilib. O, oktyabr ayının 1-dən etibarən bu vəzifəni icra edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR