Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə yanvarda 438 müraciət daxil olub

Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə yanvarda 438 müraciət daxil olub
# 12 fevral 2013 14:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə (565-12-64; 595-40-15; 595-35-39) 2013-cü ilin yanvar ayı ərzində 438 müraciət daxil olub.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, daxil olmuş müraciətlərin 294-ü (21 əsaslı, 149-u isə əsassız) şikayət, 118-i sorğu xarakterli, 26-sı aidiyyəti üzrə deyil, 124-ü isə cari problemlərlə bağlı olub.

“Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR