Yəməndən xarici ölkələrin vətəndaşlarını təxliyyə edən təyyarə Moskvaya çatıb

Yəməndən xarici ölkələrin vətəndaşlarını təxliyyə edən təyyarə Moskvaya çatıb
# 23 aprel 2015 01:22 (UTC +04:00)

Bakı - APA. Aprelin 23-ə keçən gecə Yəməndən xarici ölkələrin vətəndaşlarını təxliyyə edən növbəti təyyarə Moskva vilayətinin “Çkalovskiy” aerodromuna enib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya, Özbəkistan, Belarus, Ukrayna və ABŞ vətəndaşı olan 140 nəfərə yaxın şəxs Moskvaya gətirilib.

Təxliyyə olunanlar əvvəl tibbi, pasport və gömrük yoxlanışından keçəcək, sonra isə Rusiya Xarici İşlər Nazirliyinin evakuasiya məntəqəsinə gətiriləcəklər.

Qeyd edək ki, bu, Moskvaya xarici vətəndaşları təxliyyə edən sayca səkkizinci təyyarədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR