Azərbaycanda heyvanlar arasında müşahidə edilən xəstəliklərin sayı azalıb

Azərbaycanda heyvanlar arasında müşahidə edilən xəstəliklərin sayı azalıb
# 04 fevral 2013 14:09 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ötən il Azərbaycanda heyvanlar arasında müşahidə edilən xəstəliklərin sayı xeyli azalıb. Bunu APA-ya açıqlamasında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib. O bildirib ki, quduzluğa yoluxma hallarının azalması ölkədə aparılan profilaktik tədbirlərin nəticəsidir: “Bundan əlavə, brusellyoz xəstəliyinə qarşı götürülən qan nümunələrin yalnız 0,01 faizində bu xəstəlik aşkar olunub. Bu, dünyanın hər bir ölkəsində qeydə alınan xəstəliklərdir. Biz də çalışırıq ki, həmin xəstəlikləri maksimumdan yox dərəcəsinə endirək. Hətta 5 heyvanda bu xəstəlik aşkarlansa, vaksinasiya aparıb qarşısını almağa çalışacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR