Bağdadda raket zərbəsi nəticəsində 40 nəfər xəsarət alıb - YENİLƏNİB

Bağdadda raket zərbəsi nəticəsində 40 nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 05 iyul 2016 02:51 (UTC +04:00)

Bakı-APA. İraqın paytaxtı Bağdadda beynəlxalq hava limanına yaxın ərazi raket atəşinə məruz qalıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 40-dan çox dinc sakin xəsarət alıb.

İlkin məlumata əsasən, hədəfdə hava limanının yaxınlığında yerləşən İranın müxalif “Mücahəddin Xalq" qruplaşmasının bazası olub. Raket zərbəsinin kim tərəfindən endirilməsi məlum deyil. "Mücahəddin Xalq” qruplaşması ötən əsrin 80-ci illərində İran-İraq müharibəsində Səddam Hüseynin tərəfində vuruşub.

Hadisə ilə əlaqədar İraq nəqliyyat nazirliyinin bəyanatında isə bildirilir ki, gərginlik aradan qaldırılıb və hazırda Bağdad aeroportu adi rejimdə işləyir.

***

22:45

Bakı-APA. İraqın paytaxtı Bağdadda beynəlxalq hava limanının ərazisi raket atəşinə məruz qalıb.

APA-nın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı xəbər verib.

Hadisənin təfərrüatları barədə hələ ki, məlumat verilmir.

Bundan əvvəl “Sinxua” agentliyi Bağdadda partlayış səslərinin eşidildiyinə dair məlumat yayıb.

İyulun 3-də Bağdadın Əl-Karrad rayonunda törədilən terror aktı nəticəsində 200 nəfər ölüb, 170 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR