Azərbaycanda “Doktorantura təhsilinin təşkili və məzmunu haqqında Əsasnamə” hazırlanır

Azərbaycanda “Doktorantura təhsilinin təşkili və məzmunu haqqında Əsasnamə” hazırlanır
# 15 aprel 2013 12:33 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycanda doktorantura pilləsinə qəbul “Doktorantura təhsilinin dövlət standartı və proqramı” ilə tənzimlənməyəcək. Bu barədə APA-ya Təhsil Nazirliyinin elm şöbəsinin müdiri Gültəkin Hüseynova bildirib. Onun sözlərinə görə, bu sənədin qəbuluna artıq ehtiyac yoxdur: “Azərbaycanda “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” var. Doktorantura pilləsi də ali təhsilin ən yüksək pilləsi olduğundan bu pilləyə aid standartlar “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na əlavə ediləcək. Azərbaycanda doktorantura pilləsinə qəbulu tam tənzimləmək üçün “Doktorantura təhsilinin təşkili və məzmunu haqqında Əsasnamə” də hazırlanır”.

G. Hüseynovanın sözlərinə görə, yeni əsasnamə və “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na ediləcək dəyişikliklər əvvəlcə ali məktəblərin müzakirəsinə veriləcək, daha sonra AMEA, Ali Attestasiya Komissiyası və Ədliyyə Nazirliyi ilə razılaşdırılacaq və Nazirlər Kabinetinə təqdim olunacaq.

Şöbə müdiri deyib ki, hazırda ali məktəblər tərəfindən gələn il üçün doktoranturaya qəbul planlarını hazırlanır. Doktoranturaya gələn il üçün yekun qəbul planı Nazirlər Kabinetinə yayın əvvəlində təqdim olunacaq. Doktoranturaya qəbul haqqında elan isə avqust ayında veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR