Bayden: “Donald Tramp ABŞ tarixində prezidentliyə namizədlərdən ən səriştəsizidir”

Bayden: “Donald Tramp ABŞ tarixində prezidentliyə namizədlərdən ən səriştəsizidir”
# 28 iyul 2016 04:37 (UTC +04:00)

Bakı-APA. ABŞ tarixində prezidentliyə namizədlər arasında Donald Tramp kimi səriştəsiz şəxs olmayıb.

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın vitse-prezidenti Co Bayden Filadelfiyada keçirilən Demokrat partiyasının qurultayında bəyan edib.

“İndiyədək prezident kürsüsünə iddialılardan Tramp kimi səriştəsiz və ölkəmizin təhlükəsizliyini təmin etməyə hazır olmayan bir şəxs olmayıb. Vətəndaşları İŞİD-lə qorxudan Tramp terrorçuların dini dözülməzlik taktikasından istifadə edir. Bəyanatları və hərəkətləri ilə bizim dəyərlərimizə xəyanət edən bu şəxs sözün əsl mənasında ölkəmizin təhlükəsizliyini sarsıda bilər” deyə C.Bayden bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR