Bu il Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi üzrə Azərbaycan və Gürcüstanda boru kəmərinin tikintisinə başlanılacaq

Bu il Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi üzrə Azərbaycan və Gürcüstanda boru kəmərinin tikintisinə başlanılacaq
# 19 fevral 2015 13:46 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. 2014-cü ildə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi üzrə müqavilələrin bağlanması davam edib.

APA-Economics”in məlumatına görə, bu barədə Cənubi Qafqaz Boru Kəmərinin əsas operatoru olan “BP-Azerbaijan” şirkətinin yaydığı illik hesabatında bildirilir.

Məlumata görə, əsas müqavilələrin əksəriyyəti imzalanıb, Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyu işlər artıq başlanıb. Tikinti üçün boruların gətirilməsi 2014-cü ildə başlayıb və bu daşımalar 2015-ci il ərzində və 2016-cı ilin əvvəllərinə qədər davam edəcək. Ümumilikdə, 19 partiyada 40 000-dən çox boru hissəsi gətiriləcək.

Bu günə qədər isə Azərbaycanda boru kəmərinin ilk 200 km-lik hissəsi üçün torpaq sahələri alınıb və Gürcüstanda 1-ci kompressor stansiyasının tikintisi başlanıb.

Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi üzrə fəaliyyətlər 2015-ci il ərzində davam edəcək, o cümlədən Azərbaycan və Gürcüstanda boru kəmərinin tikintisi başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR